KANAL24.AZ
Az Iw En Ru

Erməninini əzişdirən azərbaycanlı “Tank” DANIŞDI

“İdmançı kimi 2016-cı ili fəaliyyətim üçün məhsuldar adlandırardım”.

Bunu Publika.az-a açıqlamasında nüfuzlu beynəlxalq yarışların qalibi “Tank” ləqəbəli peşəkar idmançı, Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov ilin yekunları ilə bağlı fikirlərini şərh edərkən bildirib.

X.Əhmədov bu ilin mayın 28-də Hollandiyanın Eyndhoven şəhərində keçirilən K-1 versiyası üzrə beynəlxalq turnirdə uğurlu qələbə qazanıb: “Noyabr ayının 6-da Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnirdə rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəldim. Birinci raundda Cioran Apuyepyanı nokauta saldım. Qarşıda daha bir yarışımız gözlənilir. 2017-ci ilin mart ayının 25-də Almaniyanın Frankfurt şəhərində peşəkar yarışda iştirak edəcəm”.


23:25 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər