KANAL24.AZ
Az Iw En Ru

İlin ən məhsuldar futbolçusu müəyyənləşdi

2016-cı ilin ən məhsuldar futbolçuları açıqlanıb.

Goal.az xəbər verir ki, qitə kubokları və millinin heyətində ən azı 10 dəfə fərqlənənlərin cədvəlində 20 futbolçu yer alıb. Planetin ən yaxşı bombardiri isə Kriştianu Ronaldodur.

Hesabında 24 qol olan hücumçu Portuqaliya millisində 13, “Real”da 11 dəfə sevinib. 2013 və 2014-cü illərdəki uğurunu təkrarlayan Ronaldo 3-cü dəfə dünyanın ən yaxşısı olub.Argentinalı Lionel Messi 21 dəfə fərqlənib. O, yığmada 8, “Barselona”da 13 qol vurub. 3-cü olan Edinson Kavaninin hesabında 16 top var. Uruqvay millisində 9 dəfə fərqlənən hücumçu PSJ-də 7 qol vurub.


22:11 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər