KANAL24.AZ
Az Iw En Ru

"Obameyanqı yola gətirməyə çalışıram ki,"Real"a keçməsin"

"Borussia Dortmund"un hücumçusu Pyer-Emerik Obameyanq bir neçə dəfə "Real"da oynamaq istədiyinə işarə vurub.

Yayılan məlumata görə qabonlu forvard yayda "Borussia"dan ayrılmaq üçün klub rəhbərliyi ilə də şifahi razılıq əldə edib. Goal.az xəbər verir ki, dortmundluların müdafiəçisi Mark Bartra Obameyanqı fikrindən döndərməyə çalışdığını deyir.

"Obameyanqı yola gətirməyə çalışıram ki, "Borussia"da qalsın və "Real"a keçməsin" - katalon futbolçu qeyd edib.

Qeyd edək ki, Bartra "Real"ın əzəli rəqibi "Barcelona"nın yetirməsidir.


19:42 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər