KANAL24.AZ
Az Iw En Ru

Alimlərdən qalaktika ilə bağlı yeni açıqlama

Rusiyalı alimlər qalaktikayla bağlı vacib bir məsələyə aydınlıq gətiriblər.

Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, onlar 13.7 milyard il əvvəl gerçəkləşən “Böyük partlama”dan bu günədək qaranlıq maddənin 5%-nin yoxa çıxdığını bildiriblər.

Moskva Nüvə Araşdırma İnstitutunun nümayəndələrindən olan İqor Tkaçev qalaktikadakı tutarsızlığın qaranlıq maddəylə əlaqəli olduğunu açıqlayıb. Onun sözlərinə görə ilk dəfə qaranlıq maddənin hansı hissəsinin yox olduğunu və qeyri-stabil hissənin kütləsinin nə qədər olduğunu hesablamaq mümkün olub.

Mövcud fərziyyəyə görə qalaktikanın 49%-i qalaktika, ulduzlar və s., 26.8% qaranlıq maddə, 68.3% qaranlıq enerjidən təşkil olunub. Rus araşdırmaçılar qaranlıq maddənin zamanla çürüdüyünü güman edirlər. Amma təbii ki, bu da bir ehtimaldır. Yəni bu təcrübə yalnız müəyyən hissə sahəni əhatə etdiyi üçün bunun nə dərəcədə doğru olduğu məlum deyil. Qalaktikanın çox nəhəng olduğunu nəzərə alsaq, onda onun haqda ortaya çıxarılan sadə kəşflər də böyük rol oynayır.


15:17 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər