Rusiya ordusuna yeni Tornado-S reaktiv sistemləri verilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Splav” Elmi-İstehsalat Birliyi yayıb.
Bu sistemlər ordudakı “Smerç” və “Qrad” sistemlərini əvəz edəcək. Birlik gələn il istehsalatını 2,5 dəfə artıracağını da bildirib. Bunun xarici sifarişlərin hesabına artırılacağı bəyan edilib.
17:06 30.12.2016