KANAL24.AZ
Az Iw En Ru

Güləni “imam” adlandıran jurnalist həbs olundu

Türkiyənin tanınmış jurnalisti və yazarı Ahmet Şık saxlanılıb.

Bu barədə Ahmet Şık özünün “twitter” hesabında məlumat verib.

Ahmet Şık “həbs olunuram, sosial şəbəkədə yazdığım statusuma görə məhkəməyə aparılacam” deyə qeyd edib.

Xatırladaq ki, Ahmet Şık 2011-ci il martın 6-da “Ergenekon” terror təşkilatına üzv olmaq ittihamı ilə həbs edilib. Həmin vaxtı Ahmet Şık Fətullah Gülənin Türkiyədəki tərəfdarlarının təşkilatlanmasından bəhs edən “İmamın ordusu” adlı kitab yazıb.


18:44 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər