KANAL24.AZ
Az Iw En Ru

Bakıda PARTLAYIŞ: Nazirlik əməkdaşları yaralandı (YENİLƏNİB)

Respublika Yanıq Mərkəzindən  bildirilrər ki, hadisə nəticəsində xəsarət alan hər iki şəxs evə buraxılıb:

“Fərman Kazımova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldı. Namik Qasımova da ilkin yardım göstərildikdən sonra stasionar müalicə alması tövsiyə olunsa da, xəstə razılaşmadı. Sistem köçürüldükdən sonra evə buraxıldı. Namik Qasımovun üzü, əlləri və başından yanıq xəsarəti alıb, ona 3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulub”.

***

Bakının Badamdar qəsəbəsində partlayış baş verib.

Badamdar yolu 5 ünvanının qarşısındakı kanalizasiya quyusunda olan kabellərə texniki baxış keçirilən zaman quyuda yığılmış metan qazı partlayıb.

Nəticədə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İB-nin mühəndisləri - 1963-cü il təvəllüdlü Qasımov Namik Mirzə oğlu və Kazımov Fərman Ziyad oğlu yanıq xəsarətləri alıblar.

Hər iki şəxsə təcili tibbi yardım göstərilib. Vəziyyəti daha ciddi olan Fərman Kazımov Respublika Yanıq Mərkəzinə yerləşdirilib


18:30 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər