KANAL24.AZ
Az Iw En Ru

"Mercedes" işıq dirəyinə çırpıldı

Axşam saatlarında Gəncə şəhərində sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə-Şəmkir yolunun 1-ci km-də baş verib.

Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Musa Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücüyə tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti qənaətbəxşdır. Avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


17:58 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər