KANAL24.AZ
Az Iw En Ru

Ağdamda 8 otaqlı ev yandı

Ağdamda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər veririk ki, Ağdam rayonu, Əhmədağalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 338 m2 olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 318 m2 səhədə və bitişik ümumi sahəsi 78 m2 olan talvar yanıb.

Evin qalan hissəsi və evə bitişik tövlə yanğından mühafizə olunub.

Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


17:15 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər