KANAL24.AZ
Az Iw En Ru

Cəhənnəmə açılan qapı Azərbaycanın qonşuluğunda tapıldı

İtaliyalı arxeoloqlar Türkiyədə apardıqları qazıntılar zamanı qədim Roma və Yunan mifologiyasında cəhənnəmin qapısı olduğu deyilən qapını tapdıqlarını açıqlayıblar.

Tarixi qaynaqlarda antik şəhər Hierapolisdə (indi Pamukkale) olan qapı öldürücü qazlarla dolu olan boşluğa açılır.

Yunan tarixçisi Strabon yazırdı ki, bu ərazi buxarla doludur və içəri girən bütün heyvanlar həmin anda ölürlər.

İtaliyanın Salento Universitetinin klassik arxeologiya professoru Francensco Dandria deyir ki, qədimdə bura "cəhənnəmə açılan qapı" olaraq tanınırdı.

“Biz araşdırmalarda bu mağaranı tapdıq və onun qədimdə deyilən yer olduğunu müəyyən etdik. Bu, fövqəladə bir kəşfdir. Orada zəhərli qazlar var. Mən yoxlamaq üçün sərçəni ora atdım və öldüyünün şahidi oldum. Mifologiyada danışılan "cəhənnəm qapısı" buradır”, - deyə o bildirib.


01:39 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər