KANAL24.AZ
Az Iw En Ru

Milyarder 236 qıza eyni anda toy etdi

Hindistanın almaz maqnatı və milyonçusu Maxeş Savani atasız böyüyən 236 qız üçün toy edib.

O, qızların hər birinə toy hədiyyəsi kimi min dollar bəxşiş verib.

Qeyd edək ki, qədim hind ənənələrinə görə, qızı ərə verəndə ona hədiyyələr və cehiz bağışlayırlar, amma bir çox gənc qız, xüsusilə kasıb ailələr bundan məhrumdur. Hindistanlı multimilyoner bu ailələrə kömək məqsədilə Qucaratda irimiqyaslı toyu təşkil edib və imkansız qızların cehizini özü alıb.

Milyonçunun iki oğlu var. Onların hər ikisi də ümumilikdə 238 gəlinin toy mərasimində evlənib.

Bu, onun birinci xeyriyyəçiliyi deyil. Belə ki, Savani ümumilikdə 700 qız "atası olub". Ən maraqlısı odur ki, Savaninin yardım etdiyi qızlar ancaq induizm dinindən olmayıb, onlara arasında həm müsəlman, həm də xristian olub.

Milyonçu öz xeyriyyə aksiyasını 2008-ci ildən bəri keçirir. Onun bu addımı atmasına səbəb həmin il işçilərindən birinin qızının toyuna yaxın vəfat etməsi olub. İndi o, hər il gəlinlərə qızıl-zinət əşyaları, mebel və yaxud da böyük məbləğdə pul qızıl bəxş edir.

Məlumat üçün bildirək ki, Hindistanda toy təmtəraqlı şəkildə qeyd olunur və gəlinin atası, hər şeyə görə pulu özü ödəməli olur. Əgər o, vaxtından əvvəl vəfat edərsə və ya həddən artıq kasıb olarsa, bu zaman qızın evdə qalmaq şansı artır. Milyoner isə öz xeyriyyə yardımı ilə kasıb qızları evdə qalmaqdan bir növ xilas edir.


18:29 28.12.2016
Xəbər lenti
Bütün xəbərlər