KANAL24.AZ
Az Iw En Ru

İntihar edən məktəbli haqqında direktor danışdı

“O, 2-3 gün idi dərsə gəlmirdi”.

Bunu ATV.az-a açıqlamasında intihar edən 11 sinif şagirdinin oxuduğu 241 saylı orta məktəbdən bildirilib.

Məktəbin direktor əvəzi Şəlalə Əsgərova qeyd edib ki, intihar edən Firuz Məmmədov adlı 11 sinif şagirdi zəif oxuyan, tez-tez dərs buraxan şagird olub:

“Onun məktəblə bağlı heç bir problemi yox idi. Hadisənin məktəblə heç bir əlaqəsi yoxdur. Sadəcə dərslərini zəif oxuyurdu. Müəllim və şagirdlərlə olan kontaktı normal idi. Sadəcə 2-3 gün idi dərsə gəlmirdi”.

Qeyd edək ki,  hadisə rayonun Zirə qəsəbəsi, Müslüm Moqamayev küçəsi 93 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 16 yaşlı Firuz Kamal oğlu Məmmədov evin hamamında özünü asıb. O, Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 11-ci sinfində oxuyurmuş. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 


18:24 28.12.2016
Xəbər lenti
Bütün xəbərlər