KANAL24.AZ
Az Iw En Ru

Metro stansiyalarında sərnişinlərə Şaxta baba və Qar qız sürprizi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında növbəti dəfə bayram əhvalı yaşadıb.Bu gündən etibarən metro stansiyalarında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirə start verilib. Şaxta baba və Qar qız metronun kiçik sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edəcək.

Tədbirə "28 may" metrostansiyasından start verilib. Tədbirdə Şaxta Baba və Qar qız obrazlarında "Bakı Mertopoliteni" QSC-nin rəhbər işçiləri - qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev və marketinq şöbəsinin rəisi Lalə Babayevadır.

Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzərək balaca sərnişinlərə hədiyyələr paylayıb. Tədbir 2 gün davam edəcək.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC ötən il də bu cür tədbir keçirmişdi.

 

17:51 28.12.2016
Xəbər lenti
Bütün xəbərlər