KANAL24.AZ
Az Iw En Ru

Dəm qazından bir gündə 3 nəfər zəhərləndi

Goranboyda dəm qazından zəhərlənmə olub.

Rayonun Qara Süleymanlı kənd sakini 1964-cü il təvəllüdlü Namazov Afiq Eldar oğlu, Ağcakənd qəsəbə sakini 1998-ci il təvəllüdlü Abdulkərimova Narın İmaməddin qızı və Qazanbulaq kənd sakini, 1956-cı il təvəllüdlü Həmzəyeva Tahirə Allahverdi qızı dəm qazı zəhərlənməsi əlamətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanaya müraciət ediblər. Onlara dərhal tibbi yardım göstərilib.

Vəziyyətlərinin normal olduğu bildirilir.


16:16 28.12.2016
Xəbər lenti
Bütün xəbərlər