KANAL24.AZ
Az Iw En Ru

Avtomobil 300 metrlik uçurumdan aşdı: 12 nəfər öldü

Perunun cənubunda avtomobil 300 metrlik uçurumdan aşıb, nəticədə 12 nəfər ölüb.

"RİA Novosti"i xəbər verir ki, hadisə Ayakuço bölgəsində baş verib.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Üç yaralı yerli xəstəxanaların birinə yerləşdiriliblər. Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçıb.
Hadisənin dəqiq səbəbi araşdırılır. İlkin məlumatlara görə, qəzaya avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub.


15:25 28.12.2016
Xəbər lenti
Bütün xəbərlər