KANAL24.AZ
Az Iw En Ru

Əfsanəvi telefon modeli - cüt kamera ilə geri dönür

"Samsung Galaxy S8" haqqında daha bir maraqlı xəbər yayılıb.

Yeni modelin Qualcomm Snapdragon 830 və 835 prosessoruna sahib olacağı, 6 GB RAM, 64 GB, 128 GB və 256 GB kimi daxili yaddaşla təmin ediləcəyi ehtimal edilir.

Telefonun daha bir özəlliyi isə cüt arxa kameraya sahib olmasıdır. "Samsung Galaxy S8"-in arxa kamerasında radikal dəyişik edildiyi, cüt lensli sistemə keçildiyi deyilir. 

İddialara görə, "Galaxy S8"-in ön kamerası da avto fokus xüsusiyyətinə sahib olacaq. 

Qeyd edək ki, sözügedən modelin 2017-ci ilin yanvar ayında təqdimatı gözlənilir. 


21:39 25.12.2016
Xəbər lenti
Bütün xəbərlər