KANAL24.AZ
Az Iw En Ru

Acqarına limon qabığı yesəniz...

Limon qabığı min bir dərdə dərman olan faydalı qidadır.

Türkiyəli professor Mehmet Öz bildirib ki, acqarına limon qabığı yemək insanı dəri xərçəng xəstəliyindən qoruyur, dəriyə təravət bəxş edir və sinirləri sakitləşdirir:

"Aparılan elmi araşdırmalar göstərir ki, limon qabığında olan dlimonen adlı komponent dərinin ən yaxşı dostudur. Bu güclü maddə şiş inkişafını əngəlləyib dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır. Limon qabığı qaraciyər və öd kisəsi üçün də çox faydalıdır. Mədə turşusunu normaya salır, həm də bəlğəmgətiricidir. Limon qabığının sinir sistemi üzərində də müxtəlif müsbət təsirləri var, bədəndəki mikrobları öldürür, ürəyi rahatlaşdırır. Başqa bir araşdırmada isə limon qabığında olan polifenollerin qadınlarda yumurtalıq xərçəngi riskini də azaltdığı üzə çıxıb".

Картинки по запросу lemon peel

Beynəlxalq qida bazasına görə:

Hər 100 qram limon qabığı 134 milliqram kalsiumdan ibarətdir.

100 qram limon qabığına 160 mq kalium daxildir.

100 qram limon qabığına 129 mq C vitamini daxildir.

100 qram limon qabığı 10.6 qram lifdən ibarətdir.

Limon qabığının faydaları

Похожее изображение

Xolesterin səviyyəsini aşağı salır

Limon qabığında olan polifenol flavonoidlər xolesterin (pis xolesterin) səviyyəsini aşağı salaraq ürəyin yaxşı işləməsini təmin edir. Əlavə olaraq, qabıqda olan kalium təzyiqi tənzimləyir.

Xərçənglə mübarizə aparır

Limon qabığında olan limonen və salvestrol Q40 komponentləri xərçəng hüceyrələri ilə mübarizə aparır. Flavanoidler xərçəng hüceyrələrin parçalanmasına da yardımçı ola bilər.

Картинки по запросу lemon peel

Sümük sağlamlığını qoruyur

Güclü və sağlam sümüklər üçün orqanizmin kalsiuma ehtiyacı var; Limon qabığına C vitamini ilə yanaşı kalsimum da daxildir. Limon qabığı osteoartroz, iltihablı poliartrit, sümük qırıqları, osteoparoz, revmatoid artritin qarşısını almağa kömək edir.

İmmunitet gücləndirir, həzm sistemini yaxşılaşdırır

Limon qabığına orqanizmi infeksiyalara qarşı qorumaqda təsirli rol oynayan C vitamini və digər komponentləri daxildir. Bundan başqa, limon qabığı boğaz ağrısı, qrip və soyuqdəyməyə oxşar infeksiyaları müalicə edir, eləcə də həzmi yaxşılaşdırır.

Ağız sağlamlığı üçün faydalıdır

C vitamini çatışmazlığı bir çox insanda gingivit, diş əti qanaxmaları və sinqa kimi diş və diş əti probleminə səbəb olur. Limon qabığı zəngin tərkibi sayəsində bu problemlərin qarşısını alır.

Sərbəst radikalları neytrallaşdırır

Sərbəst radikallar orqanizmdə toplnamış mənfi elektronlardır. Şiş, yaşlanma, ürək problemləri və bəzi xərçəng növləri də daxil olmaqla bir çox xəstəlikdən məsuliyyət daşıyırlar. Limon qabığındakı C vitamini isə sərbəst radikalları neytrallaşdıraraq bu problemləri aradan qaldırır.

Картинки по запросу lemon peel

Dərini cavanlaşdırır

Limon qabığındakı turşu və C vitamini qan damarlarını təmizləyir, dəri hüceyrələrindən yad maddələrin uzaqlaşmasını təmin edir və sağlam cildə sahib olmağınızı təmin edir.

Limon qabığının zərərləri

Картинки по запросу lemon peel

Mədə yanmasına səbəb ola bilər

Limon və limon qabığı turşu miqdarı yüksək olan qidadır, xüsusilə mədəsi həssas olan insanlarda mədə ağrısı və yanması kimi sağlamlıq problemlərinə səbəb ola bilər.

Dərman qalıqları

Limon qabığı sağlamlıq üçün çox faydalı olsa da, çox dərmanlanmış limon ağacının meyvələri fayda vermək əvəzinə zərərli ola bilər. Odur ki, limonun təbii olmasına üstünlük verin.

Limon qabığı necə istifadə edilir?

Çaya limon qabığı atıb, limonlu çay içə bilərsiniz. Sürtgəcdən keçirilmiş limon qabığını salata, torta, kökələrə əlavə edin.Publika.az


17:30 20.12.2016
Xəbər lenti
Bütün xəbərlər