KANAL24.AZ
Az Iw En Ru

Dar cinslər kişiləri necə "emo"ya çevirir? - ARAŞDIRMA

XXI əsrin şüurlu insanının tez-tez işlətdiyi bir söz var: “Gözəllik qurban tələb edir”. Və sağlamlıq qarışıq gözəllik  lazımsız bir məhfum kimi bir kənarda unudulub.

 Şüurun kifayət qədər inkişaf etdiyi bir əsrdə insanların hələ də bilə-bilə sağlamlıqlarına biganə qalması təəccüblüdür. Görəsən, bir kişiyə gözəl görünmək, yaxud bir neçə qadının diqqətini çəkmək üçün  sağlamlığın itirilməsinə dəyərmi?

Kanal24 xəbər verir ki, ATVxəbər.az dar paltarların sağlamlığa vurduğu zərəri araşdırıb.

Günümüzdə sağlamlığa ən çox zərər vuran geyimlərin dar cinslər olduğunu bilirik.  Qadınların və kişilərin imtina etmədiyi  cins şalvarlar gündəlik geyimlərə çevrilib.

Bəs, dar geyinməyin nə kimi tibbi ziyanları vardır?

Dar geyinmə damardaxili iltihab meydana gəlməsinə və ya damar laxtalanması (tromboli) kimi gözlənilməz komplikasiyalara  yol açır. Xüsusilə, cins parçalar son dərəcə sərt olduğundan, normal qan  dövranını pozur. Bu da hüceyrələri dəyişdirərək selolitin ortaya çıxmasına şərait yaradır.

Konkert olaraq, gəlin dar paltarların qadınlara təsirinə baxaq: Ginekoloqların belə xəbərdarlığına baxmayaraq,  gözəlliyinə sağlamlığını qurban verən xanımlar bilməlidir ki, əsasən gənc olanda ədəb yerlərində şiş, cırıq, dəridə çatlarla müşahidə olunan  dar cinslərin yaratdığı problemlər sonsuzluğa qədər gətirib çıxarır.  Həmçinin ayaqlara hava keçməsinin qarşısını alan dar şalvarlar mikrob törəməsinə yol açır və nəticədə göbələk xəstəliyi də yarada bilir.

Hətta,  ayaq sinirlərinin zədələnməsinə də gətirib çıxarır.

Kişilərin dar şalvar geyməsi isə kişi yumurtalıqlarının bədənə daha yaxın yerdə dayanmasına səbəb olur. Yumurtaların bədəndən daha az temperaturda olması lazımdır, amma dar geyim onları bədənə sıxdığı üçün bədənin temperaturu ilə uyğunlaşır. Bu həm də bəzi hallarda sonsuzluğun başlıca səbəblərindən biri ola bilər.  Həmçinin dar şalvarlar mədəni sıxışdırdığı üçün qıcqırmalara, mədədə artıq qazların yaraqnmasına və həzm prossesinin ağırlaşmasına gətirib çıxarır.

Dar geyim geyinən kişilərin sonsuzluğunun eyni zamanda bir səbəbi də o geyimlə saatlarla oturaraq işləməsidir. Dar geyimlər hüceyrələri korlaşdırır, zəiflədir. Bu cür geyimlərin qan dövranına maneə törətdiyi və bunun da toxumaların və hüceyrələrin korlanmasına səbəb olduğu bildirilir.

Günümüzdə kişilər arasında cinsi azlıqlara meylin əmələ gəlməsi, “maviliyin” inkişaf etməsində də bu geyimlərin danılmaz rolu mövcuddur.

Belə bir fakta da baxaq:  onurğamızdan çıxaraq ayaqlara doğru yönələn iki sinir var. Həmin sinirlərin təzyiq altında qalması ayaqlarda ağrıların meydana gəlməsinə səbəb olur.

Tibbi adıyla "Lateral femoral kutanöz" adlanan sinir ombanın yan tərəfinə və öndə qasığa doğru uzanan bölgənin duyğusuna təsir edir. Həmin dərialtı sinir ayaqlara keçərkən təzyiqə məruz qalırsa, omba yanında və qasıqdan ayaqların iç tərəfinə doğru yanma, həddindən artıq həssaslıq, bəzən keylik hissi yaranır.



23:47 05.01.2015
Xəbər lenti
Bütün xəbərlər