KANAL24.AZ
Az Iw En Ru

Bakı Dövlət Universitetində “Gələcək sənsən” layihəsinin təqdimatı olub

Bakı Dövlət Universitetində (BDU) şərqşünaslıq fakültəsi tələbələrinin “Paşa Travel” şirkətinin nümayəndələri ilə görüşü olub.

BDU-dan SalamNews-a bildiriblər ki, universitetin Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə tələbələrin təcrübə keçmək imkanlarını nəzərdə tutan “Gələcək sənsən” layihəsinin təqdimatı keçirilib.

Sonra “Paşa Travel” şirkətinin BDU ilə karyerayönümlü əməkdaşlıq istiqamətləri, o cümlədən tələbələrin işlə təmin olunması məsələləri müzakirə edilib.

“Paşa Travel” şirkəti milli turizm sahəsinin aparıcı iştirakçılarından biri olmaqla, bu sahə üzrə gənc mütəxəssislərin yetişdirilməsi istiqamətində işlər aparır. Tələbələrə təqdim edilmiş “Gələcək sənsən” layihəsi də bu məqsədin reallaşmasına xidmət edir və gənclərin artıq tələbəlik dövründən bu sahə üzrə ixtisaslaşmasını, müvafiq hazırlıq keçməklə daimi işlə təmin olunmasını nəzərdə tutur.


19:48 16.12.2016
Xəbər lenti
Bütün xəbərlər