KANAL24.AZ
Az Iw En Ru

"Könlüm, ata nəsihəti istəyir..."

"Könlüm,ata nəsihəti istəyir..."

"Könlüm,ata nəsihəti istəyir, 
Dillərinə qurban olum,ay dədə.
İstəyirəm,səhvim üstdə döyəsən-
Əllərinə qurban olum,ay dədə..."

Əziz oxucular!


Əslən Kəlbəcərdən olan el şairi, hamımızın sevimlimiz Bəhmən Vətənoğlunun "Ay dədə!"şeirindən 1 bəndi xatırlamaqda məqsədim var: Valideynlərimizin qədrini sağlığında bilək. İmkanlarımız olan dərəcədə onların qayğısına qalaq. 

Həyatını övladlarının işıqlı sabahları naminə şam kimi əridən valideynlərdən biri də, Şabran rayonunun Dağbilici kəndində yaşayan el ağsaqalı Sahid Əsədovdur. Sahid əmi ömür-gün yoldaşı Qəribcan xalayla birgə 3 övlad böyüdüb: Xatirə, Mübariz və Mahirə. Səhv etmirəmsə, Sahid əmigilin 7 nəvəsi var. 

Bu gün -2015-ci il yanvarın 5-də Sahid əminin ad günüdür. Övladları, yaxın qohumları və bu ailəyə yaxın olan bir neçə insan süfrə arxasında əyləşib, Sahid əminin ad gününü qeyd etdik. Hərə bir xoş söz, arzu söylədi. Sahid əminin qızı, "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə xanım Əsədovanın dediyi sözlər, hamımızı kövrəltdi: "Valideynlərim, mənim başımın tacıdırlar. Onlar, bizim ali təhsil almağımız, həyatda mövqe tutmağımız üçün var qüvvə ilə çalışıblar. Şəxsən mən, ata-anamın xoşbəxt olmasından ötrü, öz xoşbəxtliyimi qurban verməyə hazıram."

Tədbirin aparıcısı, çox dəyərli ziyalı Əzizə xanım, Əsədovlar ailəsinin sevimlisi Kərbəlayi Rasim, "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyi sədrinin müavini Natiq Qasımov, şairə Dilbər Sultan və başqaları da Sahid əmiyə ən xoş arzularını bildirdilər. Oğlu Mübariz, atasıyla qürur duyduğunu qeyd etdi.

Sonda xatirə şəkilləri çəkildi.

Kanal24.az kollektivi adından bu ailənin sevimlisi olan dostlar-tanışlar adından el ağsaqqalı Sahid Əsədovu ad günü ilə əlaqədar təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq. 


Müəllif: Şamil Sabiroğlu
10:03 05.01.2015
Xəbər lenti
Bütün xəbərlər