KANAL24.AZ
Az Iw En Ru

“Azərbaycan-Ermənistan-Rusiya” üçbucağı həllini tapmalıdır - İqor Morozov

“"Azərbaycan-Ermənistan-Rusiya" üçbucağı həll edilməlidir. Həm də bu, nə qədər tez olsa, bir o qədər yaxşı olar."

Bunu Moskva müxbirinə müsahibəsində Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin üzvü İqor Morozov bildirib.

“Belə gözəl həyat şəraitində, Azərbaycanın bu cür inkişafı vəziyyətində, sülh zamanı insanlar ölə bilməzlər. Biz bu ölkələrin gənclərinin necə olduğunu, onların necə gözəl təhsil aldıqlarını görürük və bu gənclər öz aralarında vuruşmamalıdırlar.

Bu gün XXI əsrdə yaşayırıq, hər iki ölkə ilə yaxşı münasibətlərimiz qurulub. Bu münasibətlər bu hərbi münaqişəyə təsir göstərməli və hər şeyin 2017-ci ildə dayandırılması üçün mümkün olan hər vasitəyə əl atılmalıdır. Bundan sonra hərbi münaqişə davam edə bilməz.”, - İ.Morozov belə deyib.

O, Ermənistanın məhəl qoymadığı BMT qətnamələri ilə bağlı vəziyyəti də şərh edib. Axı, qəbul edilən dörd qətnaməyə baxmayaraq onlar heç cür Azərbaycan torpaqlarını boşaltmırlar, lakin Liviya və Suriya üzrə bir qətnamə çıxarkən ABŞ və NATO dərhal fəaliyyətə başlayır.

"Rusiya və NATO nə səbəbdən bu halda heç nə etmir?" sualını cavablandıran İ.Morozov deyib: “Rusiya hər zaman Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunun dəstəklənməsinə səy göstərir. Bütün kritik regional, sərhəd münaqişələri BMT Təhlükəsizlik Şurasının müəyyənedici konstruktiv rolu şərtilə beynəlxalq hüquq nöqteyi-nəzərindən həll edilməlidir. Bu səbəbdən hesab edirəm ki, Ermənistan Təhlükəsizlik Şurasının bütün qətnamələrini yerinə yetirməlidir və bu, münaqişənin sülh yolu ilə həllinin başlanğıcını qoyacaq."(SalamNews)

 


19:00 10.12.2016
Xəbər lenti
Bütün xəbərlər