KANAL24.AZ
Az Iw En Ru

BMT BA Suriyada hərbi əməliyyatların dayandırılması üzrə qətnamə layihəsinin lehinə səs verib

BMT Baş Assambleyası ötən gün Suriyada döyüş fəaliyyətinin dayandırılması barədə çağırışın yer aldığı qətnamə layihəsini səs çoxluğu ilə qəbul edib.

“İnterfaks” verdiyi xəbərə görə, 122 ölkə nümayəndəsi layihənin lehinə, 13 ölkə ümayəndəsi isə əleyhinə səs verib, 36 ölkə səsvermədə iştirak etməyib.

Kanada, Kosta-Rika, Niderland və Yaponiya tərəfindən hazırlanan qətnamə layihəsində Suriya münaqişəsinin bütün tərəflərinə döyüş fəaliyyətinin təxirə salınmadan dayandırılması və Suriyanın bütün rayonlarına humanitar çıxışın təminatı barədə tələb yer alır.

Bundan əlavə, sənəddə Hələb şəhərinin blokadasına son qoyulması, hərbi cinayətlərin törədilməsində günahkar şəxslərin aşkarlanması və məsuliyyətə cəlb edilməsinə dair çağırış edilir.

Qətnamə Suriyada vəziyyətin normallaşdırılması və daxili danışıqların bərpası üzrə siyasi prosesin vacibliyini vurğulayır.


18:26 10.12.2016
Xəbər lenti
Bütün xəbərlər