KANAL24.AZ
Az Iw En Ru

Hindistan dövriyyəyə plastik pul buraxmaq istəyir

Hindistanda plastik pul banknotları tətbiq ediləcək. Bu barədə ölkənin Maliyyə naziri Arcun Ram Meqval məlumat yayıb. 

Noyabrın 8-də Hindistanda qara iqtisadiyyat ilə mübarizə məqsədilə pul islahatlarına başlanılıb. Dövriyyədən 500 və 1000 rupilik (7,5 və 15 dollar) əsginazlar çıxarılıb. 

Onların əvəzinə yeni 500 və 2000 rupilik əsginazlar tətbiq edilir, bununla yanaşı hakimiyyət əsginazların dəyişdirilməsinə məhdudiyyət qoyub. Ölkədə nağd pul vəsaitinin çatışmazlığı hiss edilir, buna görə də əsginazların davamlılığı böyük mahiyyyət kəsb edir. 


18:09 10.12.2016
Xəbər lenti
Bütün xəbərlər