KANAL24.AZ
Az Iw En Ru

"Gəlin, həmrəy olaq!"

Kanal24.az xəbər verir ki, Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi və bu təşkilatın Sumqayıt şəhər şöbəsi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar Sumqayıt Tarix Muzeyində "Gəlin, həmrəy olaq!" adlı ədəbi-bədii gecə keçirdi.

Ədəbi-bədii gecəni Birliyin Sumqayıt şəhər şöbəsinin sədr müavini, 7 saylı tam orta məktəbin ingilis dili müəllimi, "Tərəqqi" medalının mükafatçısı Xanım Əliyeva açdı.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu və bu Təşkilatın Sumqayıt şəhər şöbəsinin sədri Xalidə-Vural Cəbrayılova tədbir iştirakçlarını salamladılar.

Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, "Yeni Yurd"Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred)Məhərrəmov adına İnkişaf Fondunun sədri Hacı Ədalət Məhərrəmov, "Ana harayı"qəzetinin baş redaktor müavini, şair Vaqif Nəcəfzadə, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkaşı Xəlil Vəliyev həmrəylik gününün əhəmiyyətini qeyd etdilər.

"Olaylar"qəzetinin məsul əməkdaşı, bədii qiraət ustası Rüfət Şahbazoğlu, Bakıdakı 37 saylı tam orta məktəbin VI sinif şagirdi Kamran Sadıqsadə, Sumqayıt şəhər 7 saylı tam orta məktəbin şagirdi Lamiyyə Qorçiyeva Vətənə, torpağa həsr edilən şeirlər söylədilər.

Gecənin sonunda maraqlı musiqi proqamı ilə çıxışlar oldu.


Müəllif: Şamilə Şamilqızı
11:03 31.12.2014
Xəbər lenti
Bütün xəbərlər