KANAL24.AZ
Az Iw En Ru

Filarmoniyada muğam musiqisi axşamı keçirilib

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Muğam musiqisi axşamı” adlı konsert proqramı təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsert proqramı “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşıb.

Konsert Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kiçik heyətinin - əməkdar artistlər Sahib Paşazadə (tar), Çinarə Heydərova (qanun), Toğrul Əsədullayev (kamança), Azad Əliməmmədov (balaban), Emin Cəbrayılovun (nağara) ifasında muğam rəngi ilə başlayıb.

Daha sonra səhnəyə “Muğam televiziya müsabiqəsi”nin qalibləri Ramiq Bayramov və Nigar Şabanova çıxıblar. İlk olaraq Ramiq Bayramovun ifasında səslənən “Dilkəş” təsnifi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert proqramı bir-birindən maraqlı xalq mahnıları ilə və muğamlarla davam edib.

 


17:32 09.12.2016
Xəbər lenti
Bütün xəbərlər