KANAL24.AZ
Az Iw En Ru

"Real" Ronaldonu müdafiə etdi

"Real" ulduz futbolçusu Kriştiano Ronaldonun vergidən yayındığı iddiaları ilə bağlı bəyanat yayıb.

Klubun saytında yer alan məlumatda qeyd olunur ki, portuqaliyalı hücumçu bütün vergi öhdəliklərini yerinə yetirir və İspaniya vergi xidmətindən alınmış sənədlər də bunu təsdiqləyir. Bəyanatda Ronaldonun vergi məsələsində hər zaman nümunəvi hərəkətləri ilə seçildiyi vurğulanıb. Xatırladaq ki, Ronaldonun İspaniya dövlətinə az vergi ödəmək üçün Vircin adalarındakı ofşor şirkətlərin xidmətindən istifadə etdiyi iddia olunurdu. Konkret olaraq, onun "Tollin" adlı ofşor şirkət vasitəsi ilə İspaniyadan 74.8 milyon avro çıxardığı və bu məbləğdən onun çox az vergi verdiyi bildirilmişdi. 


17:26 09.12.2016
Xəbər lenti
Bütün xəbərlər