KANAL24.AZ
Az Iw En Ru

Ölümlə nəticələnən qəza-Lənkəranda

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə bu gün saat 06.30 radələrində Lənkəranşəhəri ərazisində qeydə alınıb. Sürücülərinin kimliyi hələlik məlum olmayan “Qazel” markalı yük maşını ilə “Opel – Astra” markalı minik avtomobili toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin “Opel-Astra”-nın sərnişini, Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Telman oğlu Rəhmanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

(Qafqazinfo)


15:29 09.12.2016
Xəbər lenti
Bütün xəbərlər