KANAL24.AZ
Az Iw En Ru

Müsəlmanların 11-ci imamı Həzrət Həsən Əskərinin (ə) şəhadət günüdür

Bu gün, hicri qəməri tarixi ilə rəbiyül-əvvəl ayının 8-də, müsəlmanların 11-ci imamı Həzrət Həsən Əskərinin (ə) şəhadət günüdür.

İmam Həsən Əskəri (ə) hicri qəməri tarixi ilə 232-ci il rəbiyüs-sani ayının 8-də Mədinədə dünyaya göz açıb.

İmam Həsən Əskərinin (ə) atası, İmam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.

O Həzrət (ə) hicrətin 260-cı ili rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.

İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.


16:46 08.12.2016
Xəbər lenti
Bütün xəbərlər