ABŞ-ın Amerikus şəhərində (Corciya ştatı) silahlı insident baş verib.
Bu barədə "Fox News" telekanalı məlumat verib.
Məlumata görə, şəhərdə yerləşən yaşayış komplekslərinin birində atışma olub. Hadisə nəticəsində iki polis əməkdaşı ağır yaralanıb.
Yaxınlıqdakı universitetin əməkdaşları və tələbələri təxliyə olunub. Hadisənin təfərrüatları müəyyənləşdirilir.