KANAL24.AZ
Az Iw En Ru

Dubayın " Gül bağı" Ginnesin Rekordlar Kitabında

Dubayın “Dubai Miracle Garden” adlı gül bağı Ginnesin Rekordlar Kitabının sertifikatını alıb.

Bağ bu sertifikata dünyanın ən böyük gül-çiçək instalyasiyası olduğuna görə layiq görülüb. 

Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin 45-ci Milli Günü ilə bağlı keçirilən təntənəli tədbirdə Ginnesin Rekordlar Kitabının beynəlxalq komitəsi tərəfindən verilmiş sertifikat “Dubai Miracle Garden” şirkətinin həmtəsisçisi Əbdül Nasir Rəhhala təqdim olunub.

“Dubai Miracle Garden”də təkcə “Emirates” aviasiya şirkətinin А380 sərnişin təyyarəsinin formasında olan kompozisiya 500 mindən çox güllə bəzədilib. Kompozisiyanın üzərində 180 gün ərzində 200 nəfər işləyib.

 

 

SalamNews


18:02 07.12.2016