KANAL24.AZ
Az Iw En Ru

7 illik sevgilisindən ayrıldığına görə intihar edən gənc

Türkiyənin Bursa şəhərində yaşayan 28 yaşındakı Ünsal Gündoğdu sevgilisindən ayrıldığına görə intihar edib.

Türkiyəli gənc 7 il sevgili olduğu qızdan ailəvi səbəblər üzündən ayrılıb. Bir müddət əvvəl oteldə yaşamağa başlayan gənc, qaldığı otaqda baş nahiyyəsinə tapanca ilə atəş açıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 28 yaşlı şəxsin intihar etməzdən əvvəl sevgilisinə sosial media vasitəsiylə vida məktubu yazdığı deyilir.


16:15 07.12.2016
Xəbər lenti
Bütün xəbərlər