Quba rayonunun Küpçal kənd sakini avtomobildən yıxılaraq ölüb.
Dekabrın 4-də Quba rayonunun Küpçal kəndindən kənd sakini Malik Baxışov ölmüş vəziyyətdə xəstəxanaya gətirilib. Araşdırmalar zamanı onun, həmkəndlisi Nəriman Osmanovun idarə etdiyi "ZİL" markalı avtomobildən yıxılaraq ölməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.