Ağcabədidə 7 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı bildirir ki, rayonun Hacıbədəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan taxta konstruksiyadan ibarət birmərtəbəli 7 otaqlı tikilinin 2 otağının yanar konstruksiyaları 50 m2 sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 23:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.