ABŞ-ın “Rocky Mountain Tiny Houses” memarlıq şirkətinin layihəsi ilə hazırlanan 38 kvadratmetrlik təkər üstündə ev böyük ictimai maraq doğurub.
Ev kiçik ofis, qonaq, yemək otaqlarından və sanitar qovşağından ibarətdir. Mətbəxdə yalnız qaz plitəsi və soyuducu yerləşdirmək olar.
Ev 6 min 350 kiloqram ağırlığa malikdir və onu istənilən yerə aparmaq mümkündür.
Kompakt evin ilkin qiyməti 105 min ABŞ dollarıdır.