KANAL24.AZ
Az Iw En Ru

Superkarate.ru saytı Beynəlxalq Prezident kuboku yarışının qalibindən yazdı

Kanal24.az xəbər verir ki, bu günlərdə ölkə başçısı İlham Əliyevin ad günü ilə əlaqədar idmanın "EL-1" karate növü üzrə beynəlxalq Prezident kuboku yarışı (Qran-pri) keçirilib.

Yarışın keçirilməsi haqqında ölkə mətbuatı ilə yanaşı xarici Kütləvi İnformasiya Vasitələrində məqalələr dərc olunub.

Rusiyanın ən böyük idman saytlarından olan superkarate.ru saytı da yarışla bağlı "Emil Cəfərov qayıtdı! Qalib kimi qayıtdı! adlı məqalə yazıb

Məqaləni təqdim edirik:

 

Bir ildən artıqdır ki, ən yüksək səviyyələrdə turnir qalibi və mükafatçısı Emil Cəfərov yarışlarda iştirak etmir. Dekabrın 24-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Qran-pri EL1 prezident kuboku uğrunda təşkil olunan turnirdə iştirak edən Emil çempion adı qazandı.

Tamamilə çəki katoqoriyasına uyğun olan, bu titul uğrunda Türkiyə, Gürcüstan, İran, Rusiya, Azərbaycan və Ukraniyadan 8 idmançı mübarizə aparıb.

Emilin rəqibləri döyüşün müxtəlif növlərində şinkiokuşinkay (Gürcüstan və Türkiyə), aşikara karate (Azərbaycan), kekusinkan (Rusiyya), muay-tay (İran), sumo (Rusiyya və Ukraniya) öz güclərini nümayiş etdirdilər.

Döyüşlərin hər biri iki dəqiqə olmaqla üç raundda kionkusinkay qaydalarına uyğun olaraq keçirilib. 

Rəqibləri düşünməzdilər ki, turnirdən 4 gün əvvəl yüksək teperaturla xəstələnən Emil onları məğlub edəcək. Xoşbəxtlikdən o, turnir başlayana qədər özünü tam gümrah hiss edirdi. 

Birinci görüşdə İranlı boksçu Həsənzadə Fərhadla görüşən Emil elə ilk raundda onu məğlub etdi. 

İkinci görüşdə o daha ağır çəkili döyüşçü ilə qarşılaşdı. Bu döyüşdə Emilin rəqibi Ukraniyalı sumoist Aleksandr Veresyuk oldu. Ağır çəkili olan bu idmançı E.Cəfərov tərəfindən məğlub edildi. Emil bu qarşılaşmada lou-kik zərbəsindən istifadə etdi.

Üçüncü final görüşündə isə Emil öz tələbəsi olan Umar Maqomedovla qarşılaşdı. Sensya üzrə xüsusi təcrübəyə malik olması bu döyüşdə də ona gələbə gətirdi.

Məqaləni bu linkdən oxuya bilərsiniz!  

http://superkarate.ru/news/kyokushinkan/6475-emil-dzhafarov-kyokushinkan.html

 

 

Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, “EL-1” İdman Federasiyasının və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin birgə təşkilatçılığı ilə idmanın şotokan karate növü üzrə beynəlxalq Prezident kuboku yarışı (Qran-pri) keçirilib. Yarışda Azərbaycan, Hindistan, Macarıstan, Rusiya, Gürcüstan, Ukraynanın tanınmış idmançıları iştirak edib.

Yarışın sonunda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, “El 1” Federasiyasının Prezidenti Elçin Çobanzadə, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova qaliblərə Kubok və qiymətli hədiyyələri təqdim ediblər. Yarış “İdman Azərbaycan” Tele-kanalı vasitəsilə birbaşa yayımlanıb.

 


22:13 26.12.2014
Xəbər lenti
Bütün xəbərlər