KANAL24.AZ
Az Iw En Ru

"Ronaldo gələndən sonra başqaları güzgüdən istifadə edə bilmirdi"

"Manchester United"in əfsanəvi kapitanı Rayan Qiqqs eks komanda yoldaşı Ronaldo haqqında maraqlı açıqlama verib.

Goal.az xəbər verir ki, gənc mütəxəsis onun xarici görünüşünə ciddi diqqət yetirdiyini bildirib.

"Ronaldonun çətin karyerası olduğunu unutmaq olmaz. O, ən yaxşı olmaq üçün indi də əlindən gələni edir. Ronaldo birlikdə oynadığım ən yaxşı, inanılmaz futbolçudur. Paltardəyişmə otağında onun xüsusi yeri vardı. Güzgü məsələsinə qədər hər şey yaxşı gəlirdi. İlk öncə Bekhem daim güzgünün qabağında olurdu. Kriştianu "United"ə gələndən sonra Devidin yerini tutdu. Başqaları güzgüdən istifadə etməyi ağlına da gətirə bilmirdi. Uzun müddət gözləməli olurduq".


19:38 29.11.2016