"Chelsea" Viktor Mozeslə müqaviləsini yeniləmək fikrindədir.
Goal.az "Sky Sports"a istinadən xəbər verir ki, 25 yaşlı vinqerlə yaxın günlərdə yeni müqavilə iləö bağlı danışıqlar başlayacaq. 25 yaşlı futbolçunun "zadəganlar"la 2019-cu ilə kimi müqaviləsi olsa da, "Barcelona"nın onunla maraqlanması londonluları hərəkətə keçirib. Nigeriyalı futbolçu Premyer Liqanın geridə qalan 12 turunda 3 qol vurub.