KANAL24.AZ
Az Iw En Ru

22 ildən sonra gələn çempionluq

Braziliyada 2016-cı ilin çempionu müəyyənləşib.

Goal.az xəbər verir ki, "Palmeiras" 22 ildən sonra ilk dəfə çempion olub. Onlar Braziliya çempionatının 37-ci turunda "Chapoense" klubuna qalib gəlməklə (1:0) ən yaxın izləyicisi "Fleamengo" ilə 7 xallıq fərqi saxlayıb. Bu, San Paulu təmsilçisi üçün tarixdə 9-cu çempionluq tituludur.

"Palmeiras"ın ən məhsuldar futbolçusu 12 qolla Qabriel Jezuş olub. O, "Manchester City"yə transfer olunsa da, ili doğma klubunda başa vurub.


19:44 28.11.2016