KANAL24.AZ
Az Iw En Ru

Bakıda gözətçi köşkündə baş verən yanğında bir nəfər ölüb

Nərimanov rayonu ərazisində yerləşən avtodayanacaqlardan birinin gözətçi köşkündə yanğın baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 22-də saat 23 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtodayanacaqlardan birinin gözətçi köşkündə yanğın olub.

Bildirilir ki, köşkün yanar konstruksiyaları yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş gözətçi, Lənkəran rayon sakini Tərlan Zeynalov noyabrın 23-də orada ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.


20:00 24.11.2016
Xəbər lenti
Bütün xəbərlər