KANAL24.AZ
Az Iw En Ru

Öz həyat yoldaşına təcavüz edən şəxsə hökm oxundu

Türkiyənin Şanlıurfa əyalətində həyat yoldaşına cinsi təcavüz edən şəxs azadlıqdan məhrum edilib.

Məlumata görə, bir müddət əvvəl 22 yaşlı qız 30 yaşlı şəxs tərəfindən cinsi təcavüzə məruz qalıb. Qızın narazılığına baxmayaraq, ailələrin israrı ilə tərəflər evləndirilib. 

O, evlilik dövründə də əri tərəfindən dəfələrlə zorlanıb. Qadın baş verənlərlə bağlı məhkəməyə müraciət edib. Ali orqan onun iddiasını təmin edib və 30 yaşlı şəxs barəsində 18 il 8 ay həbs cəzası verilib.


16:52 24.11.2016
Xəbər lenti
Bütün xəbərlər