İmişlidə yanğın qeydə alınb.
Məlumata görə, rayonun Məzrəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 6 otaqlı evin 1 otağında tüstü bacasının ətrafı 8 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.