KANAL24.AZ
Az Iw En Ru

Nizami Kino Mərkəzindən tədqirəlayiq addım

Kino Mərkəzində sevimli aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar görkəmli gülüş ustasının çəkildiyi filmlərin nümayişi keçiriləcək.

Kino Mərkəzindən verilən məlumata görə, milyonlarla insanın ürəyini fəth etmiş aktrisa Nəsibə Zeynalova filmlərdə yaratdığı obrazlarla bir daha tamaşıçılarını sevindirəcək.

Həftə ərzində, noyabrın 23-də “Bəyin oğurlanması” milli komediyası, 24-də əfsanəvi “Bizim Cəbiş müəllim”, 25-də “Qanun naminə” bədii filmləri və 26-da “Qaynana” komediyası şəhər sakinlərinə və şəhərin qonaqlarına təqdim olunacaq.

Filmlərə giriş sərbəstdir.


16:26 23.11.2016
Xəbər lenti
Bütün xəbərlər