KANAL24.AZ
Az Iw En Ru

Məhəbbət şairi-Nüsrət Kəsəmənli

Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında Nüsrət Kəsəmənlinin anadan olmasının 70 illiyinə həsr edilmiş anma tədbiri keçirilib.

Tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılıb. Bildirilib ki, o, 60-cı illərin əvvəllərində bədii yaradıcılığa başlayıb. 150-dək şerinə musiqi bəstələnib. Moskvada gənc yazıçıların ümumittifaq müşavirələrində iştirak edib.

Fəal ictimaiyyətçi olan şair C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyib və “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifidir.

Şair 2003-cü il oktyabrın 17-də dünyasını dəyişib.


03:57 23.11.2016
Xəbər lenti
Bütün xəbərlər