KANAL24.AZ
Az Iw En Ru

Fəxrəddin Manafov: "Meral Konratın nə dediyi mənə maraqlı deyil"

"Meral Konratın nə dediyi mənə maraqlı deyil".

Bunu açıqlamasında xalq artisti Fəxrəddin Manafov Meral Konratın müsahibəsində onunla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Müsahibədəki fikirlərlə tanış olmadığını deyən azərbaycanlı aktyor qeyd edib ki, Rasim Ocaqovun ("Təhminə" filminin rejissoru) sabah doğum günüdür və kimin nəsə danışması onun üçün maraqlı deyil: "Bizim onunla əlaqələrimiz 23 il (film 1993-cü ildə çəkilib) bundan öncəyə dayanır və hər şey artıq bitib. Ona görə də onun nə deməsi mənə maraqlı deyil". 

Xatırladaq ki, Meral Konrat report-a müsahibəsində Fəxrəddin Manafonun onu məyus etdiyini deyib. Onun sözlərinə görə, F.Manafov ötən il "Təhminə-2" filminin çəkilməsi ilə bağlı aktrisaya zəng edib. Lakin onu Bakıda filmə deyil, Zülfiyyə Xanbabayevanın klipinə çəkiblər. "Bir üzr zəngi gözlədim. Heç bir şey etmədilər. Sonra məhkəməyə müraciət etmək istədim, ancaq düşündüm ki, bu, mənə yaraşmaz, xoş olmaz. O klipə görə nə qonorar aldım, nə də təşəkkür. Yəni çox, çox incidim. Mənim belə üzüntülərim, təəssüflərim keçir. Nə isə... Bir gün Bakıdan məni özəl bir jurnalın çəkilişi üçün Bakıya çağırdılar. Fəxrəddinlə orada qarşılaşdıq və ona nə vaxt bu mövzu ilə bağlı sual vermək istəsəm də, mövzunu dəyişdirdi. Yayındı mövzudan. Mən ona sual verə bilmədim ki, niyə bunu etdin, niyə belə oldu? Ancaq Fəxrəddin mənə qarşı bir neçə dəfə buna bənzər şeylər etdi və buna görə çox qəlbimi qırdı, çox küsmüşəm ondan. Hələ də ona hörmətim, sevgim böyükdür. Ancaq yenə də bir üzr istəməsini gözləyirəm", - məşhur aktrisa əlavə edib.


01:27 22.11.2016
Xəbər lenti
Bütün xəbərlər