KANAL24.AZ
Az Iw En Ru

Bu dərmanın dövlət qeydiyyatı ləğv edildi

Azərbaycanda daha bir dərmanın dövlət qeydiyyatı ləğv olunub.  Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, Alcon Pharmaceuticals LTD şirkətindən nazirliyə daxil olan müraciətə əsasən, DV №14-00820 qeydiyyat vəsiqəli “Kvinaks” ticari adlı (azapentacene polysulfonate sodium 0.15 mq/ml tərkibli göz damcısı 15 ml flakonda  №1) dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.Ərizəçi şirkətin müraciətində göstərilib ki, dərmanın konsentrasiyası zamanla azalır və bu hal yararlılıq müddəti ərzində dərman vasitəsinin keyfiyyətinə mənfi təsir edir. Şirkət bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyatda olduğu dövlətlərdən geri çağırılması və istehsalının dayandırılması barədə qərar qəbul edib.Yuxarıda qeyd olunanları nəzərə alaraq, dərman vasitəsi Azərbaycan Respublikası Dərman vasitələrinin dövlət reyestrindən çıxarılıb  və topdan və pərakəndə satış əczaçılıq müəssisələrindən geri çağırılıb.


20:15 21.11.2016
Xəbər lenti
Bütün xəbərlər