KANAL24.AZ
Az Iw En Ru

Ağciyər xərçənginin əlamətləri

Dünyada həyati təhlükəyə ən çox səbəb olan xərçəng növü kimi tanınan ağciyər xərçəngini, bədəndə meydana gələn kiçik dəyişikliklər ilə erkən dövrdə müəyyən etmək mümkündür. Əlamətləri tanımaq və ağciyər xərçənginin ən əhəmiyyətli səbəbi olan siqaretdən uzaq durmaq, xəstəlik ilə mübarizədə böyük rol oynayır.

Kişilərdə ən çox rast gəlinən xərçəng növü olan ağciyər xərçəngi, xərçəngdən ölüm səbəbləri arasında birinci sırada yer alır. Dünyada hər il 1.3 milyon insan ağciyər xərçəngi səbəbi ilə həyatını itirir.
Bu əlamətlər ağciyər xərçəngini işarə edə bilər:
1. Daimi nəfəs darlığı, xırıltılı tənəffüs;
2. Keçməyən və getdikcə pisləşən öskürək;
3. Qanlı bəlğəm;
4. İştaha itkisi və arıqlama;
5. Sinə ağrısı;
6. Səs qısıqlığı;
7. Udma çətinliyi.
Ağciyər xərçəngində yaş mühüm amildir. Yaş irəlilədikcə görülmə tezliyi artır. Ağciyər xərçəngi, 45 yaş altında nadir hallarda ortaya çıxarkən, əsasən 50-70 yaşlarında diaqnoz qoyulur. Ağciyər xərçənginin qadınlarda görülmə tezliyi də getdikcə artmaqdadır.


06:30 21.11.2016
Xəbər lenti
Bütün xəbərlər