KANAL24.AZ
Az Iw En Ru

Sağlam qidalanın

Havaların soyuması qrip və bronxit kimi tənəffüs yolu xəstəliklərində artıma gətirib çıxarır.

Bunun üçün ağ və lifi yüksək olan tərəvəzlər, narıncı, sarı və yaşıl meyvələrlə qidalanmağa üstünlük verin. Bu rəngli qidalar sayəsində bir çox xəstələyin qarşısını ala bilərsiniz.
Güclü immunitet üçün sarımsaq.Yüksək təzyiq və ürək xəstəliyi riskini azaldır. Qışda xəstəliklərdən qorunmaq üçün immunitet sisteminə canlandırıcı təsir göstərir.
Xərçəng düşməni olan gül kələmi. Mineral və dəmir azalığını aradan qaldıran gül kələmi, vitamin anbarıdır. Xərçəngdən və sümük əriməsindən qoruyur. Lif nisbəti yüksək bir qidadır.
Qripdən qoruyan naringi. Zəngin C vitamini məzmunu, orqanizmin soyuqdəymə və qripə qarşı müdafiə mexanizmini gücləndirir.
Vitamin anbarı olan kivi. Bədəni və immunitet sistemini gücləndirir. Soyuqdəymə və qrip kimi  xəstəliklərə yaxşı təsir göstərir. Lif baxımından zəngin bir qida olan kivi, bağırsaqları işlədərək həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır.


05:16 21.11.2016
Xəbər lenti
Bütün xəbərlər