KANAL24.AZ
Az Iw En Ru

Nazirliyin tərkibində yeni idarə yaradıldı

Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi yaradılıb.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin  "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 18 iyun 2016-cı il tarixli fərmanında əksini tapıb.
Ədliyyə Nazirliyinin Aparatının işçilərinin say həddi də artırılıb, 380 ştat vahidindən 420 ştat vahidinə çatdırılıb.


03:15 19.11.2016
Xəbər lenti
Bütün xəbərlər