KANAL24.AZ
Az Iw En Ru

ADGT-nın aktyorları Kalmıkiyada mükafatlandırılıblar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) ikitərəfli beşillik müqavilə əsasında Rusiya Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrında qastrol səfərində olublar.Səfərdə ADGTT-nin yaradıcı kollektivinin üzvləri uğurlu çıxışlarına görə təltif olunublar.  

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov deyib ki, budəfəki qastrol səfəri digərlərindən fərqlənib.

”Səfərimiz Kalmık teatrının 80 illik yubileyinə təsadüf edirdi. Yubiley çox maraqlı və təntənəli surətdə baş tutdu. Qastrol səfərinin təntənəli bağlanış mərasimində Əməkdar artist Şövqi Hüseynov və aktyor İlham Əsədov Kalmıkiya Respublikasının Əməkdar artisti Fəxri adına, aktyor Elnur Kərimov “Stanislavski” medalına layiq görülüblər. Bundan başqa Əməkdar artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, aktyorlar Elnur Hüseynov, Sona Babayeva, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova, Ramil Məmmədov Kalmıkiya və Azərbaycan arasında “mədəni əlaqələrin genişləndirilməsi və inkişafındakı” xidmətlərinə görə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının diplomları və fəxri fərmanları  ilə təltif olunublar”, - deyə Əməkdar artist bildirib.

 


01:58 17.11.2016
Xəbər lenti
Bütün xəbərlər