KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda ipəkçilik və fındıqçılığın inkişafına dövlət dəstəyi gücləndirilir

Azərbaycan Prezidenti İlham Əliyev ipəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması, barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına 1,463 milyon manat, o cümlədən barama toxumlarının alınmasına 163,0 min manat, tut (çəkil) tinglərinin alınmasına 600,0 min manat, fındıq pöhrələrinin alınmasına 700,0 min manat ödənilsin.

Kənd Təsərrüfatı Nazirliyinə tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etmək; bu sərəncama uyğun olaraq, barama toxumları, tut (çəkil) tingləri və fındıq pöhrələri əvəzi ödənilmədən paylanılan məhsul istehsalçıları, habelə şəhər və rayonların tələbatı barədə məlumatı Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.


01:25 17.11.2016
Xəbər lenti
Bütün xəbərlər